YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: İlk Avropa Oyunları dünyanın idman tarixində özünəlayiq şərəfli yerini tutacaq

«Bugünlər bütün  Azərbaycan ilk Avropa Oyunlarının həyəcanını yaşayır. Bu hadisə həm Azərbaycan xalqının, dövlətinin, həm də Avropanın, dünyanın idman tarixində özünəlayiq şərəfli yerini tutacaq». Bu fikirlərini gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, ölkəmiz bu günə kimi müxtəlif istiqamətlərdə bir çox ilklərə imza atıb. Onun sözlərinə görə, hər bir atılan imza və reallaşdırılan layihə çox yüksək səviyyədə həyata keçirilib.

«Qısa bir müddətdə ilk Avropa Oyunları ərəfəsində idman infrastrukturu yaradıldı. Artıq yeni idman obyektləri inşa edilib. Əminəm ki, bu tədbir yüksək səviyyədə baş tutacaq. Biz Azərbaycan idmançılarından yüksək nailiyyət gözləyirik. Əminik ki, bu yarışlar zamanı dəfələrlə Azərbaycan bayrağı qaldırılacaq. İdmançılarımıza uğurlar arzu edirik.  Azərbaycan xalqı əvvəlcədən əmin idi ki, təşkilati işlər yüksək səviyyədə baş tutacaq. Bəs bu hadisənin ölkə gəncliyinə, idmansevər insanlara müsbət təsiri nədən ibarətdir? İlk növbədə, minlərlə gənc könüllü olaraq bu prosesə cəlb olundu. Bu, onların həyatında tarixi andır»- deyə, nazir müavini vurğulayıb.