YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: İlk Avropa Oyunlarının açılışının Bakı şəhərində baş tutması qürurverici hadisədir

«Bugünlər Azərbaycanın tarixində mühüm gündür. İlk Avropa Oyunlarının açılışının vətənimizin paytaxtı Bakı şəhərində baş tutması qürurverici hadisədir». Bu fikirləri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

 L.Abdullayeva bildirib ki, Azərbaycan özünün sürətli inkişafı sayəsində ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Onun sözlərinə görə, bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların beynəlxalq ictimaiyyət tərəfindən etirafıdır.

«Öllkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Azərbaycan bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı tariximizə qızıl hərflərlə yazılacaq»- deyə, L.Abdullayeva qeyd edib.