YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq

«Bakıda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək, insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır. Birinci Avropa Oyunlarına start verilib. Əminəm ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq». Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, ölkəmiz belə möhtəşəm tədbirlər üçün zəruri olan 6-7 illik işi 2 il yarıma ərsəyə gətirməklə nə qədər güclü potensiala malik olduğunu bütün dünyaya nümayiş etdirə bildi. Onun fikrincə, bu isə Azərbaycanın müstəqil bir dövlət olaraq yeni keyfiyyətdə, daha iri miqyaslarda daha iri kateqoriyalarla təqdimatı baxımından böyük uğurdur.

«Birinci Avropa Oyunlarının keçirilməsi dünyanın Azərbaycana yeni baxış bucağından baxmasına gətirib çıxaracaq, idman həyatında möhtəşəm izlər qoyacaq, ölkəmizdə idmanın inkişafına, beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə özünəməxsus təkan verəcək. Birinci Avropa Oyunları qədim tariximizi, mədəniyyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi, mətbəximizi, qonaqpərvərliyimizi, bir sözlə kimliyimizi bütün dünyaya bir daha və daha geniş miqyasda nümayiş etdirmək və Azərbaycan reallıqlarının təbliği, Qarabağ həqiqətlərinin nümayişı üçün gözəl şans yaradıb. Belə beynəlxalq yarışlar iqtisadi potensialımızı tanıtmaq və gələcək əlaqələr üçün də olduqca vacibdir»- deyə, Ə.Məsimli qeyd edib.