YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: “Bakı-2015” I Avropa Oyunları bütün Azərbaycan xalqının dəstəyi ilə keçirilir

“Bakı-2015” I Avropa Oyunları bütün Azərbaycan xalqının dəstəyi ilə keçirilir. Ona görə bu Oyunlar uğurlu olacaq. Bu fikirləri Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə,  “Bakı-2015” I Avropa Oyunlarında Azərbaycan idmançılarının çoxlu medallar qazanacaqlarına ümid etdiyini bildirib: «Olimpiya Oyunlarından öncə proqnozlar verirəm və bu proqnozlar özünü doğruldur. Amma “Bakı-2015” I Avropa Oyunlarına proqnoz verə bilmirəm. Çünki bu Oyunlar Bakıda keçirilir. Hər bir idmançımızdan medal gözləyirəm. İdmançılar doğma evlərində daha yaxşı çıxış etməyə çalışırlar. Hər-halda “Bakı-2015”də medallarımızın sayı çox olacaq».