YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Birinci Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsidir

«Birinci Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsidir. İdman sülh deməkdir və insanları birləşdirir». Bu fikirləri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, Azərbaycan ev sahibi kimi “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın bütün növləri üzrə təmsil olunur. Onun sözlərinə görə, bu da atletlərimizə daha çox medal qazanmağa şans verir.

«Avropa Oyunlarından sonra irs qoyulması məsələsi çox vacibdir. Avropa Oyunları qitə baxımından çox əhəmiyyətlidir. Biz Avropa Oyunları üçün idman infrastrukturunu qurmaq məqsədilə öz strategiyamızı yaratdıq. Əvvəla, mövcud idman arenaları təmir olunub, yenidən qurulub. İkincisi, bəzi müvəqqəti idman tikililəri var. Üçüncüsü, yeni idman arenaları tikilərək istifadəyə verilib. Bütün bunlar Oyunlardan sonra irs olaraq Azərbaycana qalacaq, həmçinin gələcəkdə ölkəmizdə keçiriləcək digər idman tədbirləri zamanı da istifadə olunacaq»- deyə, nazir vurğulayıb.