YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milyonlarla çinli idmansevər birinci Avropa Oyunlarının açılış mərasimini canlı izləyib

Çin Mərkəzi Televiziyasının idman kanalı olan CCTV5 birinci Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb.

Yayım zamanı şərhçi açılış mərasimində nümayiş olunan bütün elementlər barədə ətraflı məlumat verib. Açılış mərasimi milyonlara çinli tamaşaçıda Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, o cümlədən Nizami Gəncəvinin əsərləri, muğam, habelə Novruz bayramı, Qobustan qaya rəsmləri, ümumilikdə Azərbaycan haqqında geniş təsəvvürün yaranmasına imkan verib.

Bundan başqa, Azərbaycanın qısa müddətdə ilk Avropa Oyunları kimi böyük idman yarışının yüksək səviyyədə təşkili üçün gördüyü işlər, yarışların keçiriləcəyi idman məkanları, açılış mərasimində iştirak edən yüksək səviyyəli qonaqlar barədə də ətraflı məlumat verilib.