YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük önəm verilir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin son 3 ildə 10 dəfə Mərkəzi Asiya ölkələrinə səfər etməsi ölkəmizin bu regionda yerləşən ölkələrlə iqtisadi-siyasi əlaqələrin qurulmasına böyük önəm verdiyinin göstəricisidir. Region ölkələrinin başçıları da Azərbaycanla əlaqələrin qurulmasında ölkələrin tərəqqisinə böyük töhfə verəcəyini xüsusi vurğulayırlar. Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermiş olacaq. Qazaxıstanla Azərbaycanı qədim köklər bir-birinə bağlayır. Hər iki ölkə eyni soykökə, ortaq mədəniyyətə malik dövlətlərdir. Prezident cənab İlham Əliyevin Qazaxıstan səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Ölkə başçımız Qazaxıstanda mətbuata bəyanatla çıxış etmişdi. Ötən il avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaş münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanmışdır.  Prezident İlham Əliyevin Qazaxıstana bu dəfəki səfəri zamanı imzalanmış Bəyannamə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə yönəlmişdir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitin həyata keçirilməsi, Orta Dəhlizin istifadəyə verilməsi ilə ölkələrin nəqliyyat-loqistika infrastrukturunun birləşməsi barədə qərar qəbul edilmiş, eləcə də Şərq-Qərb marşrutu üzrə yükdaşımaların həcminin artırılması istiqamətində işlərin davam etdirilməsi üçün perspektivlər barədə müzakirələr aparılmışdır. Hər iki dövlətin müvafiq dövlət qurumları arasında bir sıra sənədlər imzalanmışdır.  Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması üçün böyük perspektivlər mövcuddur.  Hər iki ölkə bu istiqamətdə də çox faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlldır. Qazaxıstan dövləti və xalqı hər zaman ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmətlə yanaşmış və onun xatirəsini əziz tutmuşdur. Astananın mərkəzi küçələrinin birinə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzulidə Qazax xalqının böyük oğlu Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzinin tikilməsi iki ölkə arasında xalqların qardaşlığının təcəssümüdür.

Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxış etmişdir. Ölkə başçısı ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, bu dahi şəxsiyyətin istər Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də SSRİ-nin ən ali vəzifəsində çalışdığı zaman öz ömrünü Azərbaycan dövlətinin müstəqilliyə qovuşmasına, Azərbaycan xalqının xoşbəxt yaşamasına həsr etməsindən  danışmışdı. Ulu öndər Heydər Əliyev hər zaman türk dünyasının birləşməsinə çalışmışdır.