YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytdə “İlham Əliyev-Bioqrafiya davam edir…” kitabının ərəb dilində versiyasının təqdimatı olmuşdur

Küveytdə “İlham Əliyev-Bioqrafiya davam edir…” kitabının ərəb dilində versiyasının təqdimatı olmuşdur.

Azərbaycanın Küveytdəki səfirliyindən bildirilmişdir ki, kitabın müəllifləri Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov və yazıçı Viktor Adriyanovdur. Yüksək poliqrafiya keyfiyyəti olan bu kitab Küveytin Suad Əl-Sabah Nəşriyyat Evində nəşr olunmuşdur.

Tədbirdə Küveytin dövlət və hökumət nümayəndələri, hakim ailənin üzvləri, parlamentin deputatları, ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, jurnalistlər, burada yaşayan həmvətənlərimiz iştirak etmişlər.

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev tədbirdə çıxış edərək səfirliyin təşəbbüsü və dəstəyi ilə çap olunmuş kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Hüseynbala Mirələmov kitabda müasir Azərbaycan dövlətinin sürətli inkişafı, quruculuq-abadlıq işləri, demokratik islahatlar, əhalinin sosial təminatının və rifah halının yaxşılaşdırılması, ölkəmizin dünyada nüfuzunun artması və bütün bu işlərin görülməsində böyük xidmətləri olan Prezident İlham Əliyevin həyat və fəaliyyətinin bəzi məqamları barədə oxuculara ətraflı məlumat verdiyini qeyd etmişdir. O, eyni zamanda, kitabda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, füsunkar təbiəti barədə məlumatların yer aldığını diqqətə çatdırmışdır.

Müəllif bu kitabın daha əvvəl türk, rus, gürcü və Ukrayna dillərinə də tərcümə edildiyini bildirmişdir. O qeyd etmişdir ki, bu kitab Küveytdə bir xarici dövlət başçısı haqqında çap olunan ilk əsərdir.

Təqdimat mərasimi konsert proqramı ilə davam etmişdir.