YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış”ın uğurlu icrası

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni təcavüzkarlarını döyüş meydanında darmadağın edərək, tarixi Qələbəyə imza atdı. Bu acı məğlubiyyət Ermənistanın kapituliyasiya aktını rəsmiləşdirməsi ilə nəticələndi. 30 illik Vətən həsrətimizə son qoyuldu. Prezident, Ali Baş Komandan müharibə meydanında düşməni necə məhv etmişdisə, eləcə də diplomatik müstəvidə Ermənistan siyasi rəhbərliyini mat etdi. Bu acı məğlubiyyətlə barışan, bəzən isə barışmaq istəməyən erməni separatçıları bir həqiqəti, xüsusilə Prezident İlham Əliyevin Nikol Paşinyana beynəlxalq platformalarda verdiyi tarix dərsini dərindən dərk etməlidir ki, Qarabağ və ətraf digər rayonlarımız, Zəngəzur, Qərbi Azərbaycan, İrəvan Azərbaycanın tarixi, əzəli dədə-baba yurdudur. Bu faktı bütün tarixi mənbələr, arxiv sənədləri, tarixi-mədəni abidələr də sübuta yetirir. Odur ki, Ermənistan siyasi rəhbərliyi doğma Təbrizimizdə həmvətənlərimizin hüquqlarını əlindən alan, cadugər və terror əməlləri ilə din pərdəsi altında özünü “islam” dövləti elan edib, çirkin işlər icra edən molla rejiminin himayəsinə çox arxalanmamalıdır. Əksinə əsl həqiqəti və Azərbaycanın sülh təklifini qəbul edib, regiona xüsusilə öz ölkələrinə dinclik və sülh gətirməlidir. Özünə umac ova bilməyib, başqasına əriştə kəsmək istəyənlər artıq əsl tarixi həqiqətləri, Azərbaycanın əzəli torpaqlarının azərbaycanlılara məxsus olmasını və Prezident İlham Əliyev kimi güclü Sərkərdə və strateqin yeni tarix yazdığı həqiqətini birmənalı qəbul etməlidir.

Bu gün cənab Prezidentin müvafiq tapşırıqları və təşəbbüsü ilə doğma Qarabağda və ətraf digər rayonlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həhyata keçirilir və əzəli yurdumuz cənnətə çevrilir. Ermənistanın kapituliyasiya aktını imzalamasından sonra heç bir münaqişə baş vermədən düşməndən alınan böyük rayonlarımız içərisində Laçında vardır. Laçın rayonunda böyük quruculuq işləri aparılır və “Böyük Qayıdış” proqramı çərçivəsində bu il Laçına əbədi olan Böyük Qayıdışımız baş tutacaq. 

Cənab Prezident bir neçə gün öncə Laçın rayonuna xüsusi nümayəndəsini təyin etmişdir. Bu bilavasitə Laçında görülən və görüləcək işlərə daha yaxından nəzarət imkanı yaradır, eyni zamanda rayonun hərtərfli inkişafı naminə, həmçinin kadr islahatları çərçivəsində də atılmış uğurlu addımlardan biridir. Ölkə Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib və görüş çərçivəsində cənab Prezident bir sıra xüsusi məqamları vurğulayıb. Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. Beləliklə, Laçın rayonunun tarixçəsi, əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq.

Bəli, Azərbaycanda sarsılmaz Prezident-Xalq-Ordu birliyimiz vardır və birlik böyük Zəfərə imza atmışdır. Qarabağ və ətraf rayonlarımızın bərpası və hazırda da davam edən Böyük Qayıdışımızla bu gün əcdadlarımızın ruhu şaddır, Ulu Öndərimizin, bütün şəhidlərimizin ruhu şaddır. Bu böyük qalibiyyətin bir möhtəşəm əsası vardır:- dövlətimizin başçısı, Zəfər Sərkərdəmiz cənab İlham Əliyev Azərbaycanda bütün dünyanın heyranlıqla, böyük maraqla oxuyub, təcrübə topladığı qızıl hərflərdən ibarət silinməz tarix yazmışdır.

DİGƏR Xəbərlər Arxiv