YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seyfəddin Talıbov: Görülən işlər ölkəmizdə kənd təsərrüfatının inkişafına xidmət edir

«Prezident İlham Əliyevin aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir». Bu fikri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbov bildirib ki, fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilir. Onun sözlərinə görə, sahibkarlara verilən texnikaların ilkin dəyərinin 40 faizi, gübrələrin 70 faizi dövlət tərəfindən ödənilir.

«Fermerlərə verilən subsidiyalar isə 25 faiz artırılıb. Təkrar əkinə görə subsidiyaların verilməsi, subsidiyaların verilmə mexanizmi də təkmilləşdirilib. Bütün görülən işlər ölkəmizdə kənd təsərrüfatının inkişafına xidmət edir»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv