YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ətraf mühitin sağlamlaşdırılması naminə…

“Heydər Əliyev İli” çərçivəsində YAP-ın yerli təşkilatları ağacəkmə kampaniyasını davam etdirir

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər.

Kampaniya çərçivəsində növbəti tədbirlər partiyanın İmişli, Oğuz, Abşeron, Şirvan, Xocalı, Ağstafa, Xızı, Quba, Lerik, Şuşa və Tovuz rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında keçirilib.

Tədbirlərdə YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Eldar şamı, çinar, sərv, cökə, göyrüc, zeytun olmaqla ümumilikdə 4000-ə yaxın müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.