YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzün mənbəyi milli birliyimizdir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri             

Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Bu mənada Azərbaycan beynəlxalq qurumların hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Bu gün Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və ölkəmizin regionda lider dövlət olduğunu bir daha təsdiqləyir. Son 20 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkələrdən biri olmuşdur. Bütün statistik göstəricilər bunu bir daha əyani şəkildə təsdiq edir. Ən əsası, ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir.

Hazırda ölkəmizdə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb.  Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir.

Məhz “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi də dediklərimizin əyani sübutudur. Yeni Qanunda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə, irqi, dini və ya etnik düşmənçiliyin salınmasına, Azərbaycanın ərazisində xarici dövlətlərin siyasi partiyalarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

Xalq olaraq gücümüzün mənbəyi olan milli birliyimiz ümumi dəyərimizdir.  44 günlük Vətən müharibəsində biz bir daha bunun şahidi olduq. Həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Nəticədə isə Ali Baş Komandanın rəhbərliyi altında Tarixi qələbəmizi əldə etdik.

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca məqsədi Azərbaycanı qüdrətli, güclü, inkişaf edən ölkəyə çevriməkdir. Əminliklə deyə bilərik ki, biz buna nail olmuşuq. Çünki bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır.

DİGƏR Xəbərlər Arxiv