YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda ağacəkmə kampaniyası…

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Gülüstan” parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP-ın Sabunçu rayon təşkilatının məsul əməkdaşları, gənc fəallar iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 100 ədəd eldar şamı və kiparis ağacları əkilib.