YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə ruhunda…

Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digərləri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini bildiriblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğu, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı xüsusi vurğulanıb.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda tədbir iştirakçılarına bayram sovqatları paylanılıb.