YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı münasibətilə humanitar yardım aksiyası…

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində rayon ərazisində yaşayan 50-ə qədər şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə birgə Ərazi Partiya Təşkilatlarından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Baku Steel Company, AVRORA Group MMC iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıb.

Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.