YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük fürsət…

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Martın 16-da Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Prezident İlham Əliyevin qlobal lider olmaqla bərabər həm də türk dünyasında birləşdirici və qayğıkeş rolunun göstəricisi idi.

Türkiyədə baş verən zərzələ istər-istəməz həm daxildə, həm də xaricdə bu ölkənin güclü, qüdrətli olmasını istəməyən qüvvələr üçün böyük fürsətdir. Hal-hazırda Türkiyədə baş vermiş təbii fəlakət üzərində müxtəlif dairələr tərəfindən manipulyasiyalar edilərək Türkiyəyə qarşı təxribatlar edilir. Belə olan halda Türkiyənin bir olduğunu, zərzələdən heç də sarılmadığının əvvəlki kimi öz sükunətini saxladığını nümayiş etdirmək üçün Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü çağırmaq önəmli təşəbbüs idi. Bu təşəbbüsün müəllifi əllbətdə ki, uzaqgörən, müdrik lider Prezident İlham Əliyev ola bilərdi.

Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə bu təşəbbüsə görə öz təşəkkürünü etdi. Bununla bir daha sübut olundu ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız sarsılmaz qardaşlıq əlaqələri üzərindədir. Bu qardaşlıq həm yaxşı, həm də dar gündə bütün sınaqlardan alnıaçıq çıxmağa qadirdir. Azərbaycan zəlzələ baş verən andan Türkiyəyə ilk yardım edən qardaş ölkədir. 940 nəfərlik heyətlə Türkiyədəki qardaş, bacılarımızın imdadına çatan Azərbaycan zəlzələnin fəsadlarının qısa zamanda aradan qaldırılmasında hər hər zaman qardaş Türkiyənin yanında olacaq.

44 günlük Vətən Müharibəsinin ilk anlarından qardaş Türkiyə də Azərbaycana siyasi və mənəvi dəstək göstərmişdir. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamaqla hər iki qardaş ölkə bu əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Prezident İlham Əliyev Türkiyənin Rəcəb Tayyip Ərdoğanın liderliyi sayəsində son 20 ildə dünyada söz sahibi olduğu və güc mərkəzinə çevirildiyini qeyd edərək davamlı sabitliyə və inkişafa malik güclü Türkiyənin bütün Türk dünyası üçün vacib olduğunu qeyd etdi. Bununla Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Türk dünyası başda olmaqla dünyanın hazırki mürəkkəb və gərgin dövründə həyati əhəmiyyətini dünya ictimaiyyəti üçün izah etdi.

Zirvə görüşündə digər önəmli məqam Prezident İlham Əliyevin Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanatın öhdəliklərini yerinə yetirməməsinə diqqət çəkməsi oldu. Türk Dövlətləri Təşkilatının tribunasından Prezident İlham Əliyevin səsləndirdiyi bu məqam əslində Ermənistan üçün edilən son çağırışlardan biridir. Bununla bərabər Prezident İlham Əliyev tarixi torpağımız olan Qərbi Zəngəzurun Türk dünyasını coğrafi cəhətdən ayırmaq üçün sovet hökuməti tərəfindən 1920-ci ildə Ermənistana verilməsini xatırlatdı. Qərbi Zəngəzurdan zorla etnik təmizlənməyə məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycan İcmasında birləşərək həmin torpaqlara qayıtmaq üçün öz mübarizələrini apardıqlarını vurğuladı.  Bu gün Azərbaycanın Xankəndi üzərində tam suveren nəzarətini qısa zamanda bərpa edəcəyini görən qüvvələr Azərbaycana qarşı müxtəlif məkirli kampaniyalar aparır. Bunlardan biri də guya Azərbaycanın Xankəndidə sonradan süni şəkildə məskunlaşdırılmış əhaliyə qarşı etnik təmizləmə aparacağına dair iddialardır. Bu iddiaları səsləndirənlər, 100 ilə yaxın müddətdə nə üçün Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını bərpası uğrunda fəaliyyət göstərməyiblər? Xankəndi ilə bağlı atılan iddiaların səbəbi bəllidir: Azərbaycanı istənilən yolla məqsədindən daşındırmaq. Lakin Azərbaycan dövləti yenə bəyan edir ki, Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi təmin edilə bilər yalnız bir şərtlə ki, Qərbi azərbaycanlıların qarşılılıq prinsipi əsasında hüquq və təhlükəsizliyi təmin edilsin. Ermənistanın hazırki vəziyyətdə tutduğu istiqamət bu dövlətin intiharına aparan yoldur. Azərbaycan isə Ermənistanın atdığı addımlardan asılı olmayaraq Qarabağda misli görünməmiş böyük bərpa, quruculuq işləri apararaq bu torpaqları regionun əsas inkişaf mərkəzinə çevirəcək.