YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın ticarət nümayəndəsi: Azərbaycanın ticarət əlaqələrinin genişlənməsi bizi sevindirir

Azərbaycan son illərdə enerji daxil olmaqla Avropa ilə iqtisadi sahədə yaxından əməkdaşlıq edir. Ölkənizin əlaqələrinin genişlənməsi, ticarət həcminin böyüməsi bizi sevindirir. Tərəfdaş ölkələr olaraq bu, həm Rusiya iqtisadiyyatının inkişafı, həm də Azərbaycanla ikitərəfli münasibətlərimiz baxımından faydalıdır.

Bu sözləri Londonda “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı keçirilən “Rusiya Enerji Forumu”da iştirak edən Rusiya Federasiyasının Birləşmiş Krallıqdakı ticarət nümayəndəsi Boris Abramov AZƏRTAC-a müsahibəsində deyib.

O, Rusiya ilə Azərbaycanın bütün sahələrdə yaxından əməkdaşlıq etdiyini, xüsusilə hər iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.