YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DİA-da “YENİ Klub” təsis olundu

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Dövlət İdarəçilik Akademiyasının Sosial iş, təlim-tərbiyə və təşkilati məsələlər üzrə müşaviri Zaur Məmmədovun moderatorluğu ilə davam edən toplantıda DİA-nın nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Nəzrin İsmayılova, koordinatorlar Aytən Nəzərova, Elməddin Nəzərli və Nərmin Teymurova təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq. 

“YENİ Klub”un təsis olunmasını yüksək qiymətləndirən professor Elçin Əhmədov bildirib ki, klubun fəaliyyətində iştirak etmək tələbələrə əldə etdikləri təcrübə əsasında gələcək kariyeralarında uğur qazanmağa imkan verəcək.

Çıxış edən DİA Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev gənclərlə işin təşkilinin müasir çağırışlar baxımından effektiv formalaşmasının vacibliyini qeyd edərək “YENİ Klub”un təsis olunmasının da məhz bu istiqamətdə atılan ən uğurlu addımlardan biri olduğunu vurğuladı.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır. 

Sonda xatirə fotosu çəkdirilib.