YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında son illər mühüm işlər görülüb

“Son illər ölkəmizdə görülən işlər, çəkilən filmlər, çap olunan kitablar və həyata keçirilən digər tədbirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır. Artıq Azərbaycanın ərazi bütövlüyü dünya ölkələri tərəfindən tanınır və qəbul olunur. Lakin bununla yanaşı, məsələ ilə əlaqədar hələ də ikili standartlar nümayiş etdirən dövlətlər var. Onlar bu siyasətlə istəyirlər ki, ölkəmizdən nə isə əldə etsinlər. Ancaq onların istəkləri həyata keçməyəcək”.

Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında söyləyib.

B.Səfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman mötəbər kürsülərdən xalqımızın haqq səsini dünyaya çatdırır, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayır. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq.