YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycanın uğurlarını görmək istəməyən qüvvələr qərəzli kampaniyalar aparır

«Avropa Parlamentində  iyunun 10-da keçirilməsi nəzərdə tutulan “İdman və insan hüquqları” mövzusunda dinləmələr uydurma tədbir olacaq. Ümumiyyətlə, dövlətləri özündə birləşdirən bir beynəlxalq təşkilatın binasında hər hansı bir dövlətə qarşı bu cür addımların atılması həmin quruma baş ucalığı gətirə bilməz». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bu anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanın birinci  Avropa Oyunlarına ev sahibliyi etmək məsələsi gündəmə gələndən sonra ölkəmizə qarşı qərəzli kampaniyalar artıb.

«Bu ilin yanvar ayından başlayaraq bir necə dəfə bu cür qurumlarda tədbirlər keçirilib və bəyanatlar qəbul edilib. Təbii ki, bu da yolverilməzdir. İyunun 10-da keçirilməsi nəzərdə tutulan “İdman və insan hüquqları” mövzusunda tədbir Azərbaycanın uğurlarını görmək istəməyən, Azərbaycanın uğurlarına sevinmək istəməyən və ermənipərəst qüvvələrlə əməkdaşlıq edən insanların mövqeyini əks etdirən bir toplantı ola bilər»- deyə, deputat qeyd edib.