YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Atılan bütün addımlar tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edir

«Bəzi kolleclərin ali məktəblərə birləşdirilməsi nəzərdə tutulur. Bu proses tədricən həyata keçiriləcək». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki,  Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub ki, hazırda aidiyyəti qurumlarla razılaşdırma gedir. Onun sözlərinə görə, orta ixtisas təhsil müəssisələrinə nisbətən ali təhsil müəssisələrində müasir Boloniya prosesinin tələblərinə keçid daha tez sürətlə gedir.

«Bu kimi yenilikləri tətbiq etməklə prosesi daha da gücləndirmək niyyətindəyik. Atılan bütün addımlar orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsinə xidmət edir»- deyə, nazir vurğulayıb.