YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vacib təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir

"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu regional və qlobal problemlərin müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda bir çox dövlət başçıları, keçmiş prezidentlər, Nobel mükafatçıları və digər tanınmış şəxslər iştirak edirlər. Şübhəsiz ki, X Qlobal Bakı Forumu kimi mötəbər bir tədbirə evsahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək".

Bu fikirləri politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Forumda çıxış edərək çox vacib məqamlara toxundu: "Səsləndirilən fikirlər  Bakı Forumunun Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas və ciddi yanaşdığını bir daha göstərir. Qlobal Bakı Forumunda dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır, çıxış yolları aranır. Tam müstəqil bir platforma olan Bakı Forumunda aktual məsələlər - münaqişələr, postpandemiya dövründə inkişaf məsələləri və digər mühüm problemlər müzakirə olunur. Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır".