YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AzMİU-da “YENİ Klub” təsis olunub

Martın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Tədbir iştirakçıları Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Universitetin əsas korpusunun birinci mərtəbəsində yaradılan “Qəhrəmanlar güşəsi” də ziyarət olunub.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov ali təhsil müəssisəsində tələbələrin ictimai aktivliyini və şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev bu gün gənclərin potensialından milli maraqlar naminə səmərəli istifadə olunduğunu vurğulayıb.

Daha sonra AzMİU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Nesin Hüseynova, koordinatorlar Eldar Süleymanlı və Elyar Novruzov təqdimatla çıxış ediblər. Bildirilib ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə “YENİ Klub”ların formalaşdırılmasında məqsəd ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.  

Sonda xatirə fotosu çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv