YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizmə çağırış

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Beynəlxalq müstəvidə böyük hörmət və nüfuz sahibinə çevrilən qüdrətli Azərbaycan bu gün Prezident  İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçir. Ölkəmiz beynəlxalq tədbirlərin iştirakçısı kimi həm də mötəbər tədbir və idman yarışlarına ev sahibliyi edir. Bunun üçün ölkəmizdə məhz yüksək potensial şərait yaradılmışdır. Eyni zamanda dünyanın bir çox dövləti Azərbaycanı etibarlı və strateji tərəfdaş ölkə hesab edir. Azərbaycan bir çox nüfuzlu təşkilatların, xüsusilə də dünyada ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının 2011-ci ildən üzvüdür. 2019-cu ildən isə Azərbaycan bu böyük təşkilata sədrlik edir və təşkilatın prinsipləri çərçivəsində bir çox məsələlərin həll edilməsinə öz layiqli töhfəsini verir.  Dünyanı cənginə alan karonavirus pandemiyasının kəskin dövründə  Azərbaycan bir çox dövlətlərə tibbi və humanitar yardımlar göstərmiş, dünyada sağlam həyat tərzinin bərqərar olması naminə mühüm töhfə vermişdir.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Cənab Prezident öz çıxışında xüsusi məqamlara toxunub:  “Qürurla deyə bilərəm ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub. Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.”

İkinci bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti çıxışında necə ki, Ermənistan siyasi rəhbərliyinə tarix dərsi keçib, düzgün istiqamət vermişdisə, indi də Fransanın humanizm prinsiplərinə əsaslanmalı olduğunu və bunun üçün hansı addımların atılmasının lazım gəldiyini diqqətə çatdırmışdır. Bəli, hesab edirik ki, Fransa bu tarixi dərsdən nəticə çıxaracaq. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq. Bu çağırış əslində sülhə, sabitliyə və humanizmə doğru çağırışdır.

Azərbaycan daim beynəlxalq platformalarda, ikitərəfli və çoxtərəfli görüşlərdə öz mövqeyini, qarşıdakı hədəflərini və sülhə çağırış edən müdrik siyasətini olduğu kimi nümayiş etdirir. Ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən, cəsarətli, düzgün və məqsədyönlü siyasət həyat keçirir və bu siyasət bizim firavan gələcəyimizin ən böyük təminatçısıdır.