YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AZӘRTAC-ın birinci Avropa Oyunlarından çәkəcəyi fotolar TASS agentliyinin fotoinformasiya lövhәlәrindә nümayiş olunacaq

Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XX iclası keçirilib.

Tәdbirә Rusiyanın TASS, Belarusun BelTA, Qazaxıstanın Kazinform, Tacikistanın "Xovar", Qırğızıstanın "Kabar" vә digәr informasiya agentliklәrinin rәhbәrlәri qatılıb. İclasda AZӘRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.

Belarus Respublikası Prezidenti Administrasiyası rәhbәrinin müavini İqor Buzovski agentlik rәhbәrlәrini XX yubiley iclasının keçirilmәsi münasibәtilә tәbrik edib. O, Şuranın MDB mәkanında informasiya mühitinin yaranmasında, ümumi dәyәrlәrin qorunub saxlanmasında, xalqlar arasında dostluğun güclәndirilmәsindә sәmәrәli fәaliyyәt göstәrdiyini qeyd edib. İ.Buzovski bildirib ki, MDB ölkәlәri arasında konstruktiv әmәkdaşlığın inkişaf etdirilmәsi dövlәtlәrin tәrәfdaşlıq münasibәtlәrinin möhkәmlәnmәsinә töhfә verir.

MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sәdri, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın hәyata keçirdiyi layihәlәr haqqında mәlumat verdi. O, Birlik agentliklәrinin fotoları әsasında Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) saytında Qәlәbәnin 70 illiyinә hәsr olunmuş fotoalbomun yaradıldığını dedi, TASS agentliyinin bu mövzuda reallaşdırdığı tәdbirlәrdәn danışdı.

İclasda AZӘRTAC vә TASS agentliklәri birinci Avropa Oyunları günlәrindә yarışlardan çәkilәcək fotoların TASS-ın binası boyunca yerlәşdirilәn fotoinformasiya lövhәlәrindә nümayiş olunması ilә bağlı razılığa gәliblәr. Oyunların açılış mәrasimindәn başlayaraq AZӘRTAC-ın fotoları bu lövhәlәrdә Moskva sakinlәrinә tәqdim olunacaq. Eyni zamanda, hәr iki agentlik fotomüxbirlәr üçün tәlimlәrin tәşkil edilmәsini razılaşdırıb.

İclasda MDB ölkәlәrinin informasiya agentliklәri arasında fotoların qarşılıqlı mübadilәsi, ANİA-nın saytının tәkmillәşdirilmәsi vә digәr mәsәlәlәr müzakirә olunub.