YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan-Avstraliya əlaqələrinin inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiya önəmlidir

İyunun 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycan ilə Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.