YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək

«Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Xüsusilə, ötən dövrdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ciddi əsasları var. Çünki Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsində də bu amillər mühüm rol oynayır». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki,  Azərbaycanda güclü idman infrastrukturu da yaradılıb. Onun sözlərinə görə, son illər ölkəmizdə bir çox beynəlxalq səviyyəli idman yarışları keçirilib. Bu tədbirlərlə bağlı Azərbaycanın yüksək səviyyədə təşkilatçılığı dünya idman ictimaiyyəti tərəfindən də çox yüksək  qiymətləndirilib. Şübhəsiz ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunarkən bu faktor da ciddi şəkildə nəzərə alınıb.

«Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq işlərini çox yüksək səviyyədə həyata keçirdi. Bütün görülən işlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. İnanıram ki, bu möhtəşəm tədbir başlanğıcdan uğurla start götürdüyü kimi uğurla da yekunlaşacaq. Beləliklə, Azərbaycan Avropanın tarixində bir ilkə imza atmış olur. İlk Avropa Oyunları Avropa ictimaiyyətinin də xüsusi diqqət mərkəzindədir. Bütün Avropanın, dünyanın diqqəti bu gün ölkəmizə cəmləşib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılmasında mühüm rol oynayacaq. Doğrudur, ilk Avropa Oyunları ərəfəsində bədxahlarımız ölkəmizin əleyhinə qərəzli kampaniyalar aparırlar. Amma bütün bunlar Oyunların keçirilməsinə heç bir təsir göstərməyəcək. Əksinə, ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.