YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

2015-ci ilin iyunun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3 faiz artıb. May ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  24 393 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75 faizini (21 649 nəfər) kişilər, 11,25 faizini (2 744 nəfər)  isə qadınlar təşkil edir.

Məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 702 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 699 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 403 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (924), Çin Xalq Respublikası (808), Hindistan (758), Pakistan İslam Respublikası (491), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (410), Banqladeş Xalq Respublikası (308), Ukrayna (307), Özbəkistan (253),  Almaniya Federativ Respublikası (214), ABŞ (208), Filippin Respublikası (205), Türkmənistan Respublikası (195), Qazaxıstan Respublikası (176), İtaliya Respublikası (172),  Koreya  (155) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.