YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir”

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarı Rumen Radevə təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubda Azərbaycanın Bolqarıstanla əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir”, - deyə təbrikdə qeyd olunur.

Məktubda daha sonra deyilir: “Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.

Azərbaycan Prezidenti enerji sektorunda səmərəli işbirliyinin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.