YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doğma Vətənimizin hər qarışı dəyərlidir

Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi münasibətilə Naftalanda ŞİH-in təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpasına kömək məqsədilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. Tədbirdə millət vəkilləri Anar Məmmədov, Arzu Nağıyev, Rauf Əliyev, ŞİH-in başçısı Vüqar Novruzov və bir qrup gənc iştirak edib. Tədbirdə çıxış edən natiqlər “Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.