YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin izi ilə…

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatında tədbir keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov qeyd edib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olub. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.

YAP Naftalan şəhər təşkilatının sədri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ilk məqsədyönlü fəaliyyətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə səfirliklər və diaspor təşkilatlarının həyata keçirdiyi işləri xüsusi vurğulayan Rövlan Heydərov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin ildən-ilə daha da genişləndiyini söyləyib.

Sədr çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasının alındığını bildirib.

Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatının sədri Pərvanə Abdurrəhmanova çıxış edərək bildirib ki, ötən 31 il ərzində Azərbaycan dövləti və xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.

Tədbirin sonunda “Tarixin izi ilə” adlı sənədli film nümayiş etdirilib.