YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiramla anırıq!

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Eissavi Muhamməd Mazen oğlunun və Səmədli Elşən Bayram oğlunun doğum günlərində xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin söbə müdiri Elmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Şəhidlərin xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.