YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev ideyaları əbədiyaşardır

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda konfrans keçirib.

Konfransda YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın Rayon Təhsil Sektorunun müdiri - 2 saylı ərazi partiya təşkilatının sədri Nicat Həsənov, təhsil nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin,  şəhidlərimizin və qardaş Türkiyədə baş verən təbii fəlakətdə dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan 2 saylı ərazi partiya təşkilatının sədri Nicat Həsənov ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən danışıb.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir: “Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.”

Digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən, qısa müddətdə bütün təhlükələri dəf edərək ölkəni inkişaf yoluna çıxarmasından ətraflı danışıblar. Ulu öndərmizin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğu, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıldığı, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildiyi diqqətə çatdırılıb. 

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib və YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.