YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi yaşayanlar

Biləsuvarda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Qəniyev Cahid Şaiq oğlunun anadan olmasının 29-cu ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nin rayon şöbəsinin rəis müavini Vasif Rzayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Röyal Quluzadə, partiya fəalları və şəhid valideynləri Cahidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra ziyarətçilər şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Cahid Qəniyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.