YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərhələ-mərhələ...

“Azərbaycanın enerji təhlükəsizliyinin daha da inkişaf etdirilməsi üçün atılan növbəti addım, nəinki Azərbaycan, Qafqaz üçün də elektroenergetika sahəsində yeni dövrün başlanğıcı olacaq. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı Qafqazın enerji mənbəyinə çevirən Mingəçevirin önəmi indi daha da artacaq”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Prezident İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu, ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Çünki bununla ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək. Hazırda bilirik ki, enerji təchizatı məsələsi dünyada demək olar bütün ölkələrin gündəmində olan bir məsələdir. Bu baxımdan Azərbaycan ölkənin enerji təhlükəsizliyinin təminatı istiqamətində ardıcıl addımlar atmaqla təhlükəsizlik məsələsini böyük həcmdə həll edib. Ulu öndən Heydər Əliyev vaxtilə uzaqgörən siyasətinin nəticəsi olaraq Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirdi. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyuldu. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı oldu. Əlbəttə stansiyanın istifadəyə verilməsi ilə Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin etdi. Stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəməyə imkan verdi. Müstəqilliyimizin ilk illərində ən ağır dövrlərdə belə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edildi. Bu da Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı üçün verdiyi növbəti töhvələrdən biri idi. Sonrakı dövlərdə də mərhələ-mərhələ Azərbaycanın enerji potensialını gücləndirmək üçün Prezident İlham Əliyev tərəfindən addımlar atılmış və 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdi”.

Deputat həmçinin qeyd edib ki, 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasında şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır. “Bu da imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Azərbaycan digər layihələrdə olduğu kimi bu layihədə də maliyyənin demək olar əksər hissəsini öz hesabına təmin edib. Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək”.