YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasətinin alternativi yoxdur

Masallı Tarix Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycan” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva çıxışında 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, hökm sürən hərc-mərclikdən, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyiimizin yeni bir dövrünün əsasını qoydu.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycan Respublikası ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Daha sonra partiya veteranları Mina Quliyeva, Sevil Ağammədova, partiya fəalları Elanora Babayeva, Əsmər Əliyeva mövzu ətrafında çıxış ediblər.