YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi

«Xalqımız ən əlamətdar bayram ərəfəsində - 15 İyun  Milli Qurtuluş Günü ərəfəsindədir. Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan bu gün ilə bağlı geniş araşdırmalar aparılıb, yazılar yazılıb. İnanıram ki, hələ uzun müddət bu mövzu araşdırılacaq və hər dəfəsində də yeni məqamlar ortaya çıxacaq. Çünki biz 15 iyundan məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, 15 iyun tarixi Azərbaycanın tərəqqisinin başlanğıcı idi. Onun sözlərinə görə, 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq.

«1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi, qardaş qanı tökülürdü, ölkə separatçılar tərəfindən faktiki olaraq bölüşdürülürdü. İki ildə 4-5 dəfə hökumət dəyişikliyi baş vermişdi. İqtisadiyyatdan danışmağa isə, məncə, dəyməz. Çünki insanlar saatlarla, bəzən günlərlə çörək növbələrində gözləyirdilər. Cəbhədə durum daha pis idi. Bir sözlə, bütövlükdə Azərbaycan iflic vəziyyətdə idi. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv