YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə yaşıl enerji istehsalı istiqamətində çox önəmli addımlar atır

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Tarixin müxtəlif çağlarında inkişaf edən Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlər hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulub.

Hələ 90-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökümət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.

Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident  İlham Əliyev deyib: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

Cənab Prezidentimizin də qeyd etdiyi kimi, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Rumıniyaya, ondan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Beləliklə, Rumıniya həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Enerji təhlükəsizliyi məsələləri müasir dünyamızda xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Bununla yanaşı son dövrlərdə ölkəmizdə yaşıl enerji istehsalı istiqamətində çox önəmli addımlar atılmışdır. Artıq icra olunan layihələr ölkəmizi Avropa üçün daha da önəmli edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bununla da Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində oynadığı rolun önəmi bir qədər də artacaq.

Görüşün diqqətçəkən məqamlarından digəri Qarabağın yenidən qurulması məsələsində aktuallıq kəsb edən yaşıl enerji layihələrinin iki ölkə arasındakı əlaqələrdə özünü göstərməsi idi. Prezident İlham Əliyevin yaşıl enerji üzrə birinci Məşvərət Şurasının keçiriləcəyindən bəhs etməsi Azərbaycan-Rumıniya əməkdaşlığının dövrün tələblərinə uyğun müasir reallıqları əks etdirən səmərəli nəticələr verəcəyinə əminlik yaradır.