YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm və ədalət örnəyi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

2023-cü il  xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinin  25-ci ildönümüdür. Ulu Öndər Heydər Əliyev hər zaman insan hüquq və  azadlıqlarına yüksək hörmət və xüsusi diqqət göstərmişdir. Azərbaycan xalqının xilaskarı Heydər Əliyev tərəfindən hər bir sahədə olduğu kimi vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində də bir sıra humanist addımlar atılmış, təşəbbüslər irəli sürülmüş və qərarlar qəbul edilmişdir. 1998-ci il yanvar ayının 22-də Ulu Öndər Heydər Əliyev ölüm hökmünün ləğv olunması təşəbbüsü ilə Milli Məclisə müraciət ünvanlayaraq, cinayət-hüquq siyasətini hərtərəfli və dərindən təhlil etdiyini və Azərbaycanda ölüm hökmünün ləğv edilməsi qənaətinə gəldiyini bildirmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölüm hökmünün ləğvi ilə bağlı təklifini dəstəkləyərək elə həmin il fevral ayının 10-da bu tarixi qərarı qəbul etdi. Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin irəli sürdüyü bu təşəbbüs nəticəsində Azərbaycan, Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ümummilli lider Heydər Əliyev ədalətli və humanist  fəaliyyəti ilə ölkəmizdə humanizm ənənələrinin əsasını qoymuşdur.

Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev hər zaman Heydər Əliyev ideyalarına sadiq qalmış və bu humanist siyasəti layiqincə davam etdirmişdir. Ölkə başçımız İlham Əliyev tərəfindən də insan hüquq və azadlıqları sahəsində mütəmadi olaraq qərarlar qəbul edilir, əfv Sərəncamları imzalanır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2023-cü il fevralın 3-də Prezident İlham Əliyev tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bu bir daha dövlətimizin və Azərbaycan Prezidentinin yüksək humanistliyinin göstəricisidir. Bu gün Prezident İlham Əliyev dünyaya nümunəvi siyasi-diplomatik fəaliyyətilə yanaşı humanizm və ədalət örnəyi də nümayiş etdirir.