YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə gələcəkdə də böyük töhfə verəcək

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Azərbaycanla Rumıniya arasında illərdi yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur. İki dövlət arasında 2009-cu ildə strateji tərəfdaşlıq haqqında müqavilə imzalanmışdır. Azərbaycan Avropa İttifaqına üzv dövlətlər arasında ilk olaraq Rumıniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfər etməsi, iqtisadi və siyasi sahələrlə bağlı imzalanmış sənədlər iki ölkə arasında strateji əlaqələri daha da genişləndirmiş oldu. Rumıniya hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Sənədlərin imzalanma mərasimində Prezident İlham Əliyev Rumıniyanın, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə gələcəkdə də Azərbaycanın böyük töhfə verəcəyi haqqında bəyanatla çıxış etdi.

Son dövrlər Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin iki dəfədən çox artmasına baxmayaraq hər iki dövlətin liderləri gələcəkdə ticarət əlaqələrinin daha da genişləndiriləcəyini qeyd etdilər. Azərbaycanda hasil olunacaq təbii qaz Rumıniya ilə yanaşı bu ölkənin vasitəsilə Şərqi və Mərkəzi Avropanın digər ölkələrinə də ixrac ediləcək. Azərbaycan son dövrlər yaşıl enerji istehsalı ilə bağlı dünyanın bir neçə nəhəng şirkəti ilə müqavilə imzalamışdır. Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya ixrac edilməsi üçün Rumıniya da iştirak edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə Qara dənizin dibi ilə Avropaya elektrik enerjisinin ötürülməsi üçün xətt çəkiləcək. Bu layihənin icrasında digər dövlətlətin və xarici şirkətlərin də qoşulacağı gözlənilir.