YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Samux Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə YAP Samux rayon təşkilatının akt zalında Gənclər günü ilə əlaqədar Davos formatında tədbir keçirilib.

Əvvəlcə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra YAP Samux rayon təşkilatının foyesində gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Gənclər və İdman İdarəsinin hazırladığı videoçarx nümayiş etdirilib.

Davos formatında keçirilən tədbiri giriş sözü ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirib, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs edib. Sonra Davos formatına uyğun olaraq Alı Qocayev və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda rayonun ictimai-siyasi həyatında göstərdikləri fəallığa və əldə etdiyi nəaliyyətlərə görə bir qrup gəncə fəxri diplomlar və xatirə hədiyyələri təqdim olunub.