YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Lökbatan qəsəbəsi, Ə.Əmirov adına Mədəniyyət Sarayında “Heydər Əliyev ili” çərçivəsində

Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ rayon Gənclər və İdaman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev - Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş geniş tədbir keçirilib.

Öncə Ə.Əmirov adına Mədəniyyət Sarayının foyesindəki ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyulub, rayon gənclərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, videoçarx nümayiş etdirilib.

Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində azərbaycançılıq məfkurəsi dayanıb.

Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasovun çıxışlarında vurğulanıb ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Çıxışlarda gənclər təbrik edilib, fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.