YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: İşğalçı ölkənin tutduğu mövqe ATƏT-ə qarşı saymazlıqdır

«ATƏT-in üzvü olan bir ölkə digər ölkənin ərazisini işğal edib: Hesab edirəm ki, bu, təkcə Azərbaycana qarşı deyil, eləcə də dünya birliyinə qarşı aqressiyadır». Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, ATƏT Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycana geri qaytarmağa borcludur. Çünki bu, ATƏT-in vəzifəsidir”. Onun sözlərinə görə, işğalçı ölkənin bu məsələdə tutduğu mövqe ATƏT-ə qarşı saymazlıqdır.

«ATƏT bu məsələyə çox ciddi reaksiya verməlidir. Bu, iki ölkə arasında olan insident deyil. Sözügedən məsələ Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onu ayaq altına almaq və ciddi özbaşınalıqdır. Əgər ATƏT bu məsələyə sussa, əslində özünün əsas fəaliyyət prinsiplərinə və özünə hörmətsizlik etmiş olar. Dünya ATƏT-in sədri vasitəsilə bir daha yəqin etdi ki, Ermənistan bu gün özünün beynəlxalq aləmdəki fəaliyyətini orta əsrlər təfəkkürü ilə qurmaq fikrindədir. Bu baxımdan biz ATƏT-in və onun sədrinin öhdəliyini yerinə yetirəcəyinə ümid bəsləyirik»- deyə, A.Mirzəzadə vurğulayıb.