YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik”

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin ilk görüşü keçirilib.  

Səbail Rayon İcra Hakimiyyətinin inzibatı binasında baş tutan görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısı Vüqar Zeynalov, rayon təşkilatının sədr müavini Nicat Hüseynov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin sədri Elnarə Əliyeva, YAP Səbail rayon təşkilatının kollektivi iştirak ediblər.

Səbail RİH başçısı Vüqar Zeynalov çıxışında bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyəti barədə danışıb. Bildirib ki, belə tədbirləri keçirməkdə məqsəd Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandırmaqdır: “Bu məktəbin əsas əhəmiyyəti ondan ibarətdir ki, xüsusilə gənc nəsil bu dahi şəxsiyyət, müstəqil Azərbaycan, dövlət quruculuğumuzun taleyüklü məsələləri barədə daha geniş məlumatlar əldə edə bilsinlər”.

Səbail RİH başçısının müavinlərii Eldar Ağayev, Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin sədri Elnarə Əliyeva çıxışlarında mövzu ətrafında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.

DİGƏR Xəbərlər Arxiv