YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün ölkəmizdə Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərə diqqət və qayğı prioritet istiqamətlərdən birini təşkil edir.

İlk öncə qeyd etmək istərdim ki, bu günki Azərbaycan gəncliyi sağlam  təməl prinsipləri üzərində qurulmuşdur. Bu təməl prinsipinin banisi isə Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. 

“Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərini söyləyən Ulu öndər 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu. 1996-cı il fevralın 2-də  ilk dəfə müstəqil dövlətin gənclər formu  Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı. Beləliklə 1997-ci ildən Prezident Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini daha da təkmilləşdirdi. Belə ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. 

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Bu gün bizim qəhrəman gənclərimiz dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmişdilər və onlar gələcək nəsillərimizə bir örnəkdirlər.

Ötən ilin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumda çıxış edən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan gəncliyini yüksək qiymətləndirməklə onların gələcək fəaliyyətlərinə böyük stimul vermiş oldu.

Bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizi beynəlxalq müstəvidə də layiqincə təmsil etməkdədir.