YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AK Parti Sədrinin birinci müavini YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Numan Kurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşıdığını diqqətə çatdıran Numan Kurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.