YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belçika azərbaycanlıları beynəlxalq birliyi ədalətli mövqe tutmağa çağırıblar

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə xain silahlı hücum Belçika Krallığında yaşayan soydaşlarımızı hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Brüssel Azərbaycan Evinin və Belçika Azərbaycanlıları Federasiyasının yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənilib.

İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmadığı, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulduğu, Azərbaycana münasibətdə İranın Ermənistanla birgə ölkəmizin sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətdiyi, 27 İran vətəndaşının məhz Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanında yerləşdiyi diqqətə çatdırılıb.

Soydaşlarımız Belçika ictimaiyyətini və beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, terrorçuların məsuliyyətə cəlb olunması üçün təcili tədbirlər görməyə çağırıblar.