YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin xarici işlər nazirinin müavini YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin dünya üçün nümunə olduğu qeyd edilib. Vurğulanıb ki, iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını təmin edib.  Eyni zamanda, Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin inkişafında YAP Gənclər Birliyi və AK Parti Gənclik Qollarının aparıcı rol oynadığı bildirilib.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev,  Sevinc Qasımova və üzvləri Nərmin Qocaman, Kənan Kərimov daxildir.