YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəslə diqqət dövlət siyasətinin prioritet sahələrindən biridir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

1993-cü ildə Ümummilli liderin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən  və fərqli sahələri nəzərdə tutan islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. 1994-cü ildə Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması isə çox əlamətdar bir hadisə idi. Bununla da Azərbaycanda gənclər siyasəti uğurla icra edilməyə başlanıldı.Ümummilli lider Heydər Əliyev 1997-ci il 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında imzaladığı Fərmana əsasən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. Bu isə Ümummilli Liderin gənclərə verdiyi dəyərin növbəti bir nümunəsi idi.

Hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin yüksək səviyyəli təhsil almaları, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində dəstək  gənclər siyasətinin mühüm tərkib hissəsidir. Həmçinin ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir.

Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və Sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni stimul verib. Gənclərin maarifləndirilməsinə dair dövlətimiz hər cür şərait yaradır. Ancaq gənclərimizin də üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz bu diqqət və qayğını düzgün dəyərləndirməli və maksimum dərəcədə bu imkanlardan istifadə etməlidirlər. Bizim  istəyimiz odur ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir gənci ölkə problemlərinin həllinə nə dərəcədə qadir olduğunu düşünsün və dərk etsin.

İnanırıq ki, dövlətimizin gənclərə ciddi dəstəyi sayəsində Azərbaycan gəncliyi bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və dövlətimizin parlaq gələcəyi, onlara miras verilmiş müstəqil Azərbaycanın daha qüdrətli olması, Vətənimizin inkişafı naminə böyük səylə çalışacaq. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi böyük qəhramanlıqla bunu reallaşdırdı.

DİGƏR Xəbərlər Arxiv