YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Enerji məsələsi Azərbaycan-Macarıstan gündəliyində birinci yerdədir

Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə deyib.

“Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir”, - deyə dövlətimizin başçısı bildirib.